...

Ankarada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Siyasət Materials 11 May 2011 13:06 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Ankaranın Yenimahalle səmtində ümummilli liderin adını daşıyan parkda geniş tərkibli xatirə tədbiri keçirilib.
Ankarada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Ankaranın Yenimahalle səmtində ümummilli liderin adını daşıyan parkda geniş tərkibli xatirə tədbiri keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbələr, kursantlar, polis akademiyasının tələbələri, Heydər Əliyev məktəbinin şagird və müəllim kollektivi, diaspor, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Ümummilli liderin 88-ci doğum günü münasibətilə təşkil olunmuş geniş tərkibli tədbirdə Heydər Əliyevin heykəli önünə çoxlu sayda əklillər qoyulub.

Daha sonra Ankarada təhsil alan kursantlar, polis akademiyası və müxtəlif universitetlərdə təhsil alan tələbələr ümummilli lider haqqında öz ürək sözlərini söyləyiblər.

Daha sonra Türkiyə Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Qazi Universitetinin professoru Əflatun Nemətzadə çıxış edib.

Sonda Heydər Əliyev məktəbinin şagirdlərinin ifasında şeirlər və mahnılar səsləndirilib.

Xəbər lenti

Xəbər lenti