...

"Metsamor" AES Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi problemdir

Siyasət Materials 14 May 2011 14:51 (UTC +04:00)
"Fukusima" atom elektrik stansiyasında böhranın siyasi və radioaktiv nəticələrinin Yaponiya üzrə yayılması fonunda Cənubi Qafqaz regionu üçün Ermənistandakı köhnəlmiş AES ciddi problemə çevrilir.
"Metsamor" AES Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi problemdir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tariverdiyeva/

"Fukusima" atom elektrik stansiyasında böhranın siyasi və radioaktiv nəticələrinin Yaponiya üzrə yayılması fonunda Cənubi Qafqaz regionu üçün Ermənistandakı köhnəlmiş AES ciddi problemə çevrilir. Azərbaycan Diplomatik Akademiyasının professoru Riçard Russo bu qənaətdədir.

"AES-in fiziki xəttin ayrıcında yerləşməsi azmış kimi, o həm də siyasi baxımdan qeyri-sabit regiondadır", - Trend-in məlumatına görə, Russo "Foreign Policy Journal"da yazır.

"1988-ci ildə Ermənistanın Spitak şəhərində 25000-dən çox insanın həyatına son qoyan Rixter cədvəli üzrə 6,9 bal gücündə zəlzələdən sonra Sovet məmurları stansiyanı bağlamaq qərarına gəliblər. Lakin, onun söndürülmüş vəziyyətdə qalması ilə bağlı ekspert rəyinə baxmayaraq, Ermənistanın Dağlıq Qarabağın qanunsuz işğalına cavab olaraq Azərbaycan və Türkiyə tərəfindən effektiv iqtisadi blokada yeddi ildən sonra stansiyanın açılmasına şərait yaratdı", - Russo məqalədə yazır.

Onun yazdığına görə, dənizə çıxışı olmayan Ermənistan qısamüddətli perspektivdə nüvə energetikasının alternativinə malik deyil. "Metsamor" AES-in reaktoru Ermənitanın elektrik enerjisinə olan tələbatının 40 faizə yaxının təmin edir. Russonun sözlərinə görə, onun dəyişdirilməsinə göstərilən səylər uğursuz olub və alternativ enerji mənbələrinin axtarışı və yeni reaktorun ən müasir idarəetmə elementləri və ehtiyat köçürmə sistemi ilə bağlı göstərilən səylər hələ ki faydasızdır. Lakin nəsə edilməlidir, çünki vaxt gedir. 2008-ci ilin oktyabrında Ermənistanıb energetika və təbii ehtiyatlar nazirinin müavini Areq Qalstyan bəyan edib ki, yeni nüvə elektrik stansiyasının tikintisinə 2011-ci ildə başlanılacaq və gözlənildiyinə görə, o 2017-ci ildə istismara veriləcək. Professor belə qeyd edir.

"Ermənistan kimyaçısı, Ermənistan Yaşıllar İttifaqının rəhbəri Akop Sanasaryan 2003-cü ildə bildirib ki, "Metsamor" beynəlxalq nüvə təhlükəsizliyi normalarına uyğun deyil. Bundan başqa, zavod 1988-ci il zəlzələsinin episentrnin 75 kilometrliyində və Ermənistan paytaxtı Yerevanın 30 kilometrliyində yerləşir", - məqalədə deyilir.

Bununla belə, Yerevan məmurları təkid edirlər ki, hətta Ermənistanın seysmik aktiv zonada yerləşsə də, ölkə Yaponiyada baş verənlərdən sığortalanıb.

Ermənistan rəsmi şəxslərinin bəyanatları göstərir ki, onlar nüvə problemi məsələsi ilə bağlı birləşiblər.

"Nüvə energetikasından və atom sənayesindən istifadə məsələsi son vaxtlar belə energetika mənbələrinin mübahisəli siyahıları nəzərə alınaraq, çoxlu mühbahisələr doğurur. Məsələn, Almaniyanın ən müasir hesab edilməsinə baxmayaraq, özünün bir neçə stansiyasının istismardan çıxarılması ilə bağlı planı var. Bununla belə, təhlükəsizliyi birinci yerə qoymaq tendensiyasının dünyanın əksər regionlarında dəyişəcəyinə lap az qalıb, belə ki, siyasi və iqtisadi məqsədəuyğunluq təhlükəsizlik problemlərini arxa plana çəkir. Bu baxımdan Ermənistanın qonşuları indi hesab edə bilməzlər ki, nə vaxtsa nüvə əleyhinə olan məntiq cinayətkar olmayan "Metsamor" AES əleyhinə arqument kimi istifadə edilə bilər", - məqalədə deyilir.

Russo yazır ki, Azərbaycan hökuməti və beynəlxalq ekspertlər "Metsamor" AES-in təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirməkdə davam edirlər. Azərbaycan Ermənistandan stansiyanın region dövlətləri üçün təhlükə törətməməsi ilə bağlı ciddi zəmanət istəyir. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze öz hökumətinin hakimiyyətini Ermənistanla stansiyanın təhlükəsizliyi ilə bağlı danışıqlar aparmağa çağırıb.

"Metsamor" AES 1970-ci ildə tikilib.

1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti