...

Xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən istifadəyə görə ödəniş etməli olacaqlar

Siyasət Materials 17 May 2011 14:10 (UTC +04:00)
Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclis "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiq edib.
Xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən istifadəyə görə ödəniş etməli olacaqlar

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən istifadəyə görə ödəniş etməli olacaqlar.

Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclis "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiq edib.

Bu əlavələr Azərbaycan xalqının folklor nümunələrinin talan edilməsinin qarşısını alacaq. Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov sənədi təqdim edərkən deyib.

Təklif edilən əlavələrə əsasən, fiziki və hüquqi şəxslər - xarici ölkə vətəndaşları Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədilə istifadəyə görə Azərbaycan hökumətindən icazə almalı və ödəniş etməli olacaqlar.

Bu nümunələrin istifadəsinə görə icazə verilməsi və ödənişin alınması funksiyası Azərbaycanın Müəllif Hüquqları Agentliyinə verilə bilər.

Xəbər lenti

Xəbər lenti