...

Azərbaycan Prezidenti Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 18 May 2011 21:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq işləri ilə tanış olub (FOTO)

Fotoşəkillər əlavə olunub ( ilk xəbər saat 17:44-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezident İlham Əliyev 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk dəfə qeyd edilən Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən mərasimdə Dövlət Bayrağı Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdi.

O vaxtdan başlayaraq burada ardıcıl surətdə quruculuq tədbirləri həyata keçirilir. Dövlət Bayrağı Meydanının ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması istiqamətində xeyli iş görülübdür.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı Bakıda icra edilən böyük layihələrdən olan Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən işlərin tamamlanması və bu ilin sonunadək paytaxt sakinlərinin istifadəsinə verilməsi ilə bağlı göstərişlər verdi.

Bu böyük layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev burada aparılan tamamlama işləri ilə yerində tanış oldu. Bakı şəhərinin sxemi əsasında Dövlət Bayrağı Meydanında və ətraf ərazilərdə həyata keçirilən quruculuq işləri barədə Prezident İlham Əliyevə ətraflı məlumat verildi.

Dövlətimizin başçısı Bayraq meydanından şəhərin ponoramını da seyr etdi.

Ərazidə aparılan abadlıq və quruculuq tədbirləri ilə yaxından tanış olan Prezident İlham Əliyev işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti