...

Azərbaycan XİN rəhbəri Qoşulmamaq Hərəkatının nazirlər görüşündə iştirak edəcək

Siyasət Materials 19 May 2011 13:16 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Tədbirdə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.
Azərbaycan XİN rəhbəri Qoşulmamaq Hərəkatının nazirlər görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Tədbirdə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusuna malikdir.

Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Azərbaycan indiyədək bu qurumda müşahidəçi qismində iştirak edib.

Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.

Xəbər lenti

Xəbər lenti