Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Rəcəb Təyyub Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.