Azərbaycan, Bakı, 20 may /Trend/
Cümə günü Avropa Parlamentinin prezidenti Yerji Buzekin Bakıya səfəri başlayıb.
Trend-in məlumatına görə, bu gün səfər çərçivəsində Buzek ölkə Parlamentində Milli Məclisin spikeri Oqtay Əsədovla, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcək.
Proqrama habelə Fəxri və Şəhidlər xiyabanlarına ziyarət də daxildir.
Azərbaycana gələnədək Avropa Parlamentinin prezidenti Ermənistana və Gürcüstana səfər edib.