Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/
Plenar iclasda müxalifətdən olan deputat Condi Baqaturiyanın Gürcüstan parlametinin qondarma "erməni soyqırımı"nı tanınmaması ilə bağlı çıxışı azərbaycanlı deputat Azər Süleymanovu hiddətləndirib.
Trend-in məlumatına görə, Gürcüstan parlametində çərkəzlərin soyqırımının tanınması ilə bağlı debatlar zamanı Baqaturiya həmkarlarına xatırladıb ki, ona belə bir xahişlə erməni diasporunun nümayəndələri də müraciət ediblər, lakin bu məsələnin müzakirəsinə hələ də başlanmayıb.
Baqaturiyanın çıxışına yerindən replikalarla reaksiya verən deputat Azər Süleymanov daha sonra etiraz əlaməti olaraq zalı tərk edib. Lakin Süleymanov tezliklə qayıdaraq yenidən Baqaturiyanı çıxışını dayandırmağa məcbur edib.
Prosedur komitəsinin sədri Xatuna Qoqoroşvili də Baqaturiyanın çıxışı ilə bağlı hiddətlənib.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib.