...

Azərbaycan Prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 23 May 2011 17:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul edib.
Azərbaycan Prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Mohammad Reza Rauf Şeybani İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb.

O, Prezident Mahmud Əhmədinejadın və İranın digər yüksək rütbəli rəsmilərinin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə xüsusi hörmət və ehtiram bəslədiklərini, Azərbaycan Respublikasına və xalqına daim inkişaf arzuladıqlarını deyib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini və bu əlaqələrin hazırda yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının siyasi əlaqələrinin güclü olduğunu, iqtisadi sahədə yeni təşəbbüslərin irəli sürüldüyünü vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında çoxlu sayda ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd etdi və razılaşdırılmış bütün məsələlərin həyata keçirildiyini bildirib.

Dövlətimizin başçısı ikitərəfli güclü əlaqələrin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadla mütəmadi olaraq görüşlərini xatırlayan Prezident İlham Əliyev İran Prezidenti ilə onu dostluq əlaqələrinin bağladığını vurğulayıb və İran Prezidenti ilə şəxsi əlaqələrinin iki ölkə arasındakı münasibətlərə və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinə çox müsbət təsir göstərdiyini deyib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran İslam Respublikasının Ali Dini Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti