...

Qırğızıstanda Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 26 May 2011 13:24 (UTC +04:00)
Azərbaycanın Qırğızstandakı səfirliyi 28 May - Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı səfirlikdən bildirilib.
Qırğızıstanda Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın Qırğızstandakı səfirliyi 28 May - Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı səfirlikdən bildirilib.

Tədbirdə Azərbaycanın səfirliyi tərəfindən Qırğızıstan Joqorku Keneşin (parlament) deputatları, ölkədə akkreditə olunmuş səfirlik və nümayəndəliklər, Qırğız-Türk "Manas" Universitetinin rəhbərliyi, yerli ictimai-siyasi xadimlər, kütləvi informasiya vasitələrinin və digər ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Arif Ağayev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasının millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak etmiş Qırğızıstanın Xarici İşlər Nazirliyinin dövlət katibi Asein İsayev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan xalqını Qırğızıstan hökuməti və öz adından təbrik edib. O, Qırğızıstanda Azərbaycan səfirliyinin açılmasının iki ölkənin siyasi-iqtisadi, o cümlədən mədəni əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.

Tədbir ziyafət və konsert proqramı ilə davam etdirilib və Qırğız Respublikasında akkreditə olunmuş ölkələrin və yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Səfirlik tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranma tarixi ilə bağlı hazırlanmış press-reliz ölkənin dövlət orqanlarına, Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə, ölkədə fəaliyyət göstərən aparıcı qəzet redaksiyalarına, informasiya agentliklərinə yayılıb.

Xəbər lenti

Xəbər lenti