Gürcüstan, Tbilisi, 30 may /Trend, müxbir N.Kirtsxalia/
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Dedoplistskaro şəhərində azərbaycanlı qızın ölümü ilə nəticələnmiş səhlənkarlığa yol verən həkimlərin cəzalandırılmasını tələb etdi. Jurnalistlərə dediyi sözlərinə görə, həkimlərin səhlənkarlığı nəticəsində üç yaşlı uşaq ilan qapmasından vəfat etdi. Prezident həkimlər tərəfindən qıza bir neçə saat kömək göstərməmələrindən və sonradan onu Tbilisiyə göndərdiklərindən hiddətləndiyini bildirdi.
"O, adi bir çobanın qızı idi. Ola bilsin ki, həkimlər belə xəstənin xüsusi diqqətə layiq olmadığını hesab etdilər. Nə qədər ki, ölkəmizdə bu cür hadisələr baş verirlər, başqa mövzulardan danışmağa ehtiyac yoxdur. Bu həkimlər cəzalandırılmalıdır", - Saakaşvili deyib.
Onun sözlərinə görə, o, səhiyyə naziri Andria Uruşadze ilə bu məsələni müzakirə edib, və bu cür hadisələrin gələcəkdə təkrar olunmamasını təmin etmək üçün lazımi tədbirlərin görülməsini tapşırıb.
Dedoplistkaro rayonunda yerləşən heyvandarlıq fermasında ilan üç uşağı qapdı. Onlardan biri, üç yaşlı Fatimə Maliyeva vəfat etdi.
Onu yerli xəstəxanaya gətirdilər. Lakin, orada lazım olan dərmanların olmaması səbəbindən həkimlər qızın Tbilisiyə aparılmasına qərar verdilər. Uşaq yolda dünyasını dəyişdi.