...

Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün əlindən gələni əsirgəməyəcək - ordu generalı

Siyasət Materials 31 May 2011 18:56 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün əlindən gələni əsirgəməyəcək - ordu generalı

Azərbaycan, Bakı, 31 may /Trend/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə nazir Usubov son illər iki qardaş ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd edib.

Nazir Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanının respublikamıza səfərinin müsbət nəticələr verəcəyinə, iki qardaş ölkənin müvafiq qurumlarının potensial imkanlarından gələcəkdə də səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Ordu generalı Saldıray Berk son illər ərzində Azərbaycanın sürətli inkişafından, bunun nəticəsində xüsusən d' Bakının tanınmaz dərəcədə dəyişərək gözəlləşməsindən məmnun olduğunu bildirib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, Silahlı Qüvvələrin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, səmərəli əməkdaşlığın dövlətlərimizin maraq və mənafelərinə daha uğurla xidmət edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti