...

BMT-nin işçi qrupunun Azərbaycan ombudsmanı ilə birgə iclası keçirilib

Siyasət Materials 31 May 2011 18:59 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə işçi qrupunun Azərbaycanın birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış işçi qrupunun Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) ilə birgə iclası keçirilib
BMT-nin işçi qrupunun Azərbaycan ombudsmanı ilə birgə iclası keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə işçi qrupunun Azərbaycanın birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış işçi qrupunun Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) ilə birgə iclası keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda İnsan Hüquqları Şurasının UDİ mexanizmi üçün aralıq məruzənin hazırlanması, QHT-lərin dövlətin məruzəsinin hazırlanmasına cəlb olunması, İnsan Hüquqları Şurasının UDİ üzrə tövsiyələrinin həyata keçirilməsi istiqamətində görülmüş işlər müzakirə edilib və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti