...

Azərbaycanın daxili işlər naziri İordaniya səfirini qəbul edib

Siyasət Materials 2 İyun 2011 18:59 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Əl-Adailehi qəbul edib.
Azərbaycanın daxili işlər naziri İordaniya səfirini qəbul edib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Əl-Adailehi qəbul edib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Ramil Usubov nazirliyin funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib. O qeyd edib ki, hər yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan uzun illərdir MDB məkanında sonuncu yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb.

Nazir bildirib ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son 10 ildə Azərbaycanın daxili işlər orqanlarının mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Avstriya, Fransa, Macarıstan və b. Avropa dövlətlərində, Türkiyə, Çin və Misirdə təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak edib.

Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin aktuallığını, bu ümumbəşəri bəlaların öhdəsindən yalnız birgə səylərlə gəlməyin mümkün və zəruri olduğunu vurğula yıb. O, Azərbaycan və İordaniyanın daxili işlər orqanları arasında qarşılıqlı faydalı əlaqələrin yaradılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu nəzərə çatdırıb, yaxın gələcəkdə "Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş"in imzalanmasının bu mənada mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Səfir Adel Mohammad Əl-Adaileh nəinki Azərbaycan vətəndaşlarının, həmçinin xarici diplomatların və iş adamlarının ölkəmizdə təhlükəsizlik şəraitində yaşadıqlarını qeyd edib. Ö lkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlı ğın inkişaf et diyini xatırladan iordaniyalı diplomat fəaliyyəti dövründə iki dövlət, o c ümlədən D axili İ şlər nazirlikləri arasında kı əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcə yini bildirib .

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti