Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:07-də yayılıb)
Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Serbiya" Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiya Prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Serbiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Boris Tadiçə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı