...

Azərbaycan Prezidentinin Sloveniyada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 9 İyun 2011 21:08 (UTC +04:00)
Cümə axşamı Sloveniya Respublikasına rəsmi səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidentinin Sloveniyada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Fotoşəkillər əlavə olunub (İlk xəbər 9 iyun saat 19:37-də yayılıb)

Cümə axşamı Sloveniya Respublikasına rəsmi səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Sloveniyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sloveniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti