...

Azərbaycanın müstəqilliyinin qorunmasında Milli Qurtuluş Gününün fövqəladə əhəmiyyəti var - millət vəkili

Siyasət Materials 15 İyun 2011 13:14 (UTC +04:00)
Azərbaycan bu gün dünyada güclü, modern dövlətlərdən biridir və buna görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq. Bunu Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.
Azərbaycanın müstəqilliyinin qorunmasında Milli Qurtuluş Gününün fövqəladə əhəmiyyəti var - millət vəkili

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan bu gün dünyada güclü, modern dövlətlərdən biridir və buna görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq. Bunu Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.

"Azərbaycan bu gün müasir dünyada tanınmış, öz sözünü deyən, Qafqazın ən güclü modern bir dövlətinə çevrilib. Bütün bunlara görə biz hamımız Qurtuluş Gününə, ulu öndər Heydər Əliyevə minnətdarıq", - millət vəkili vurğulayıb.

Azərbaycanın müstəqilliyinin qorunmasında Milli Qurtuluş Gününün fövqəladə əhəmiyyəti olduğunu deyən millət vəkili bildirib ki, bu səbəbdən xalqımız haqlı olaraq bu günü sevinclə qeyd edir.

"Azərbaycan 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Amma bu deklorativ xarakterli bir sənəd idi. Faktiki müstəqilliyimiz yox idi. İqtisadi cəhətdən müstəqil deyildik, xarici siyasətimiz formalaşmamışdı, müstəqil xarici siyasət yürüdə bilmirdik. Azərbaycanın müstəqilliyini istəməyən bir sıra xarici dövlətlər müstəqilliyimiz üçün ciddi problemlər yaratdılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəqilliyimiz yolunda qurulmuş məkirli tələ idi. Ən təhlükəlisi 1993-cü ilin iyun hadisələri idi. Azərbaycanda vətəndaş müharibəsi alovlanmışdı və dövlətimizin müstəqilliyi, bir dövlət kimi mövcudluğu tam sual altında idi", - Sadıqov deyib.

Bu ərəfədə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı xalqımızın doğru qərar qəbul etdiyini vurğulayan Sadıqov bildirib ki, bununla da Azərbaycanın müstəqilliyinin reallaşmasına, müstəqil dövlət quruculuğu prosesinə start verilmiş oldu.

"Azərbaycanda möhkəm və dönməz sabitlik yarandı, müharibə bölgəsində atəşkəs əldə olundu, iqtisadi islahatlar aparıldı. 12 noyabr 1995-ci ildə yeni Konstitusiya qəbul olundu. Azərbaycanda hakimiyyət bölgüsü aparıldı, müasir, demokratik qanunlar qəbul edildi. Bazar iqtisadiyyatının sərbəst inkişafına şərait yarandı. Yeni neft strategiyası işlənib hazırlandı. Azərbaycan öz enerji ehtiyatları ilə dünya bazarına çıxdı. Bu həm onun iqtisadiyyatının dirçəldilməsinə, həm də digər sahələrin inkişafına yardım etdi. Azərbaycan iqtisadi böhrandan xilas oldu", - millət vəkili bildirib.

Siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etməklə Heydər Əliyev tariximizdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Xəbər lenti

Xəbər lenti