...

Bahar Muradova: "Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər"

Siyasət Materials 17 İyun 2011 13:28 (UTC +04:00)
Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər. Bu barədə cümə günü Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Bahar Muradova: "Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər"

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Siyasi partiyaların maliyyələşdirilməsində ən müxtəlif prinsiplər əsas götürülə bilər. Bu barədə cümə günü Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Siyasi partiyalar haqqında" qanunun üzərində iş gedir. Ona görə də indidən maliyyələşdirmənin necə olacağını, hansı prinsiplər əsasında həyata keçiriləcəyini söyləmək düzgün olmazdı. Bununla bağlı dəfələrlə mövqeyimi bildirmişəm. Orda ən müxtəlif prinsiplər - həm seçkidə toplanılan səslər, həm parlamentdəki yerlər əsas götürülə bilər", - vitse-spiker əlavə edib.

Muradova bildirib ki, qanun layihəsi hələ müzakirə olunmayıb.

"Bu barədə sadəcə olaraq ayrı-ayrı şəxslərin, ayrı-ayrı siyasi partiyaların, həmçinin Yeni Azərbaycan Partiyasının nümayəndələrinin mövqeləri səsləndirilib. Əgər layihə müzakirəyə çıxarılarsa, onda məsələyə daha doğru münasibət bildirmək olar", - o vurğulayıb.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti