...

Azərbaycan ilə dövlət sərhədi haqqında müqavilə Rusiya senatorları tərəfindən təsdiqlənib

Siyasət Materials 22 İyun 2011 12:00 (UTC +04:00)
Çərşənbə günü Federasiya Şurasının üzvləri Moskva və Bakı arasında müqaviləni ratifikasiya ediblər. Müqavilə Rusiya, Azərbaycan və Gürcüstanın dövlət sərhədlərinin Xəzər dənizinədək olan kəsişməsində qarşılıqlı quru sərhədinin keçmə xəttini möhkəmlədir.
Azərbaycan ilə dövlət sərhədi haqqında müqavilə Rusiya senatorları tərəfindən təsdiqlənib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Çərşənbə günü Federasiya Şurasının üzvləri Moskva və Bakı arasında müqaviləni ratifikasiya ediblər. Müqavilə Rusiya, Azərbaycan və Gürcüstanın dövlət sərhədlərinin Xəzər dənizinədək olan kəsişməsində qarşılıqlı quru sərhədinin keçmə xəttini möhkəmlədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "RİA Novosti" məlumat yayıb.

Qoşma sənədlərdə göstərildiyinə görə, bu xətt Dağıstan MSSR-nin və Azərbaycan SSR-nin əvvəlki inzibati sərhədinə uyğundur.

Müqavilə 2010-cu il sentyabrın 3-də Bakıda imzalanıb. Bir müddət əvvəl RF XİN Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ərazi iddialarının olmadığını bir daha təsdiq edib.

RF ilə Azərbaycan arasında quru sərhədinin uzunluğu 284 kilometrdir. Rusiya dövlət sərhədinin ümumi uzunluğu təxminən 60 min kilometrdir.

Rusiya və Azərbaycan tərəfləri bu müqavilənin həyata keçirilməsini 2010-cu ildə imzalanan "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" hökumətlərarası sazişin qüvvəyə minməsi ilə sinxronlaşdırmaq barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti