...

Asəf Hacıyev YAP-ın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib

Siyasət Materials 23 İyun 2011 17:18 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə Milli Məclisin deputatı Asəf Hacıyev hakim partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib.
Asəf Hacıyev YAP-ın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə Milli Məclisin deputatı Asəf Hacıyev hakim partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə YAP-ın rəsmi saytında bildirilib.

Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir, Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərgi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətlər prioritet istiqamət təşkil edir.

Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının işində yaxından iştirak edir və 2009-cu ildə qurumun Daimi Komitəsinin üzvü seçilib. YAP həmçinin Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq edir. Hazırda YAP qurumun ATƏT Parlament Assambleyasındakı qrupunun üzvüdür və onun Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınıb.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2007-ci ildə "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" və 2008-ci ildə "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" adlı iki beynəlxalq konfrans keçirilib.

Asəf Hacıyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat seçilib, Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.

Xəbər lenti

Xəbər lenti