...

İran parlamentinin spikeri Əli Laricani Fəxri xiyabanı və Şəhidlər xiyabanı ziyarət edib (FOTO)

Siyasət Materials 1 İyul 2011 14:14 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan İran parlamentinin spikeri Əli Laricani cümə günü Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.
İran parlamentinin spikeri Əli Laricani Fəxri xiyabanı və Şəhidlər xiyabanı ziyarət edib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 13:28-də yayılıb)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda rəsmi səfərdə olan İran parlamentinin spikeri Əli Laricani cümə günü Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

İran parlamentinin spikeri ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.

Əli Laricani Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını da ziyarət edib.

Xəbər lenti

Xəbər lenti