...

İlham Əliyev Latviya Prezidentini təbrik edib

Siyasət Materials 8 İyul 2011 19:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşi təbrik edib.
İlham Əliyev Latviya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşi təbrik edib. Məlumatı cümə günü Prezidentin rəsmi saytı yayıb.

"Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Andris Berzinşə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti