...

Türkiyə Qafqazda sabitliyin bərqərar olacağına inanır - Baş nazir

Siyasət Materials 9 İyul 2011 11:43 (UTC +04:00)
Türkiyə inanır ki, Qafqazda sabitliyin bərqərar olunacaq və ölkələrin hakimiyyətləri buna yardım edəcək.
Türkiyə Qafqazda sabitliyin bərqərar olacağına inanır - Baş nazir

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Türkiyə inanır ki, Qafqazda sabitliyin bərqərar olunacaq və ölkələrin hakimiyyətləri buna yardım edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı "Star" qəzeti yazır.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına yardım edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti