...

Azərbaycanlı diplomat Çikaqoda konfransda çıxış edib (FOTO)

Siyasət Materials 25 İyul 2011 15:11 (UTC +04:00)
Çikaqoda keçirilən "İpək Yolu" beynəlxalq konfransının diqqət mərkəzində enerji təhlükəsizliyi məsələsi olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun məlumatında deyilir.
Azərbaycanlı diplomat Çikaqoda konfransda çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Çikaqoda keçirilən "İpək Yolu" beynəlxalq konfransının diqqət mərkəzində enerji təhlükəsizliyi məsələsi olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun məlumatında deyilir.

Konfransda Xəzər regionunun strateji əhəmiyyəti haqqında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov danışıb. O, Azərbaycanın regiondakı aparıcı rolunu və ölkə rəhbərliyinin regional inteqrasiya proseslərinin dəstəklənməsinə yönələn siyasətini qeyd edib.

Diplomat habelə bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsilziyinə töhfəsini və Xəzər regionundakı mövcud, lakin hələ də bu sahədə istifadə olunmamış potensialdan danışıb. 90-cı illərdə ABŞ-ın region ölkələri ilə uğurlu əməkdaşlığını nümunə gətirən azərbaycanlı diplomat Vaşinqton tərəfdən Avrasiyaya strateji və uzunmüddətli yanaşmanın əhəmiyyətini xatırladıb.

Konfransda türkiyəli, pakistanlı və rumın diplomatlar, habelə bəzi amerikalı analitiklər məruzə ilə çıxış ediblər.

Ənənvi "İpək Yolu" konfransı Çikaqoda Orta Asiyanın Öyrənilməsi Mərkəzi tərəfindən artıq 6-cı dəfədir keçirilir. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun nümayəndələri bu tədbirdə 3-cü dəfədir iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti