...

Türkiyə Azərbaycanla dostluq əlaqələrini inkişaf etdirmək niyyətindədir - Erzin şəhərinin qubernatoru

Siyasət Materials 26 İyul 2011 16:24 (UTC +04:00)
Türkiyə Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır və ölkələr arasında dostluq əlaqələrini inkişaf etdirmək niyyətindədir.
Türkiyə Azərbaycanla dostluq əlaqələrini inkişaf etdirmək niyyətindədir - Erzin şəhərinin qubernatoru

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Türkiyə Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır və ölkələr arasında dostluq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Erzin şəhərinin qubernatoru İsgəndər Yönden bildirib. Məlumatı "Bugün" qəzeti yazır.

"Türkiyə Azərbaycanla dostluq əlaqələrini inkişaf etdirmək niyyətindədir", - Yönden Quba şəhərinə səfəri zamanı deyib.

Qubernator Yönden və Hatay şəhər administrasiyasının rəhbəri Qasım Şimşək Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun dəvəti ilə səfər ediblər.

Yönden dəvətə görə İbrahimova təşəkkürünü bildirib və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli səfərlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Nazim İbrahimov qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yaxşı səviyyədədir və onları gələcəkdə də inkişaf etdirmək lazımdır.

Azərbaycanın Quba və Türkiyənin Erzin şəhərləri Erzin şəhərində keçirilən "Narınciyə" incəsənət festivalı zamanı qardaşlaşmış şəhərlər elan edilib.

Xəbər lenti

Xəbər lenti