...

Azərbaycanın səfiri Kanadanın Nyu Bransvik əyalətinə səfər edib (FOTO)

Siyasət Materials 27 İyul 2011 03:20 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkənin Nyu Bransvik (New Brunswick) əyalətinə 25-27 iyul tarixlərində səfər edib
Azərbaycanın səfiri Kanadanın Nyu Bransvik əyalətinə səfər edib (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend /

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkənin Nyu Bransvik (New Brunswick) əyalətinə 25-27 iyul tarixlərində səfər edib, Trend-in məlumatına görə bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən çərşənbə günü bildirilib.

Səfər zamanı F.Şəfiyev Nyu Bransvik əyalətinin paytaxtı Frederikton (Fredericton) şəhərinin meri Brad Vudsayd (Brad Woodside), Nyu Bransvikin kənd təsərrüfatı naziri Maykl Olskəmp (Michael Olscamp) və enerji naziri Kreq Leonard (Craig Leonard) ilə görüşüb.

Görüşlər zamanı ikitərəfli ticarət və sərmayə əlaqələri müzakirə olunmuşdur. Nyu Bransvikdə yerləşən İrvinq (Irving) şirkəti 2010-cu ildə Azərbaycandan 300 milyon ABŞ dollarına yaxın neft məhsulu almışdır.

Daha sonra səfir tanışlıq məqsədilə Nyu Bransvikin Kartof İnkişaf Mərkəzini (Potato Propagation Centre) ziyarət edib.

Həmçinin, səfər zamanı səfir Şəfiyev əyalətin "The Daily Gleaner" ve "L'Acadie Nouvelle" qəzetlərinə müsahibə verib.

Xəbər lenti

Xəbər lenti