...

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Siyasət Materials 29 İyul 2011 19:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədi Taxt-tac günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədi Taxt-tac günü münasibətilə təbrik edib.

"Milli bayramınız - Taxt-tac günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Mərakeş dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - Prezidentin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti