...

Azərbaycan Prezidenti rusiyalı həmkarının dəvəti ilə Soçiyə səfər edəcək

Siyasət Materials 5 Avqust 2011 13:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə avqustun 9-da Soçiyə işgüzar səfərə gedəcək. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti rusiyalı həmkarının dəvəti ilə Soçiyə səfər edəcək

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə avqustun 9-da Soçiyə işgüzar səfərə gedəcək. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan və Rusiya prezidentlərinin bundan əvvəlki görüşü iyunun 24-də Kazanda baş tutub. Görüşdə prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Dağlıq Qarabağ nizamlamasının əsas prinsiplərini müzakirə ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti