...

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ nizamlamasını və iqtisadi problemləri müzakirə edirlər (FOTO)

Siyasət Materials 9 Avqust 2011 20:39 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev ikitərəfli münasibətlərin genişləndirilməsini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı problemi, eləcə də dünyanın iqtisadi problemlərini xüsusi qeyd etməklə beynəlxalq məsələləri müzakirə edirlər.
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ nizamlamasını və iqtisadi problemləri müzakirə edirlər (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:45-də yayılıb)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev ikitərəfli münasibətlərin genişləndirilməsini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı problemi, eləcə də dünyanın iqtisadi problemlərini xüsusi qeyd etməklə beynəlxalq məsələləri müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

"Əlbəttə ki, vacib mövzulardan biri Dağlıq Qarabağ nizamlamasıdır. Mən Kazanda üçlükdə son görüş və əvvəlki görüşlər nəzərə alınmaqla hadisələrin necə inkişaf edəcəyi təqdirdə nə etmək lazım olduğu barədə açıq danışmaq istərdim", - Medvedev Əliyevlə görüşdə deyib.

Rusiya və Azərbaycan prezidentləri Ermənistan Prezidentinin iştirakı ilə Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlarda - üçtərəfli görüşlər zamanı mütəmadi görüşürlər. Son belə görüş iyunun 24-də Kazanda olub.

Medvedev Əliyevə ikitərəfli münasibətlərdə işlərin indiki vəziyyətini, gündəlikdə duran regional məsələləri və beynəlxalq problemləri də müzakirə etməyi təklif edib.

Rusiya Prezidenti qeyd edib ki, son vaxtlar ikitərəfli münasibətlərin inkişafında çox şey edilib. "Mən ikitərəfli münasibətlərdə yaxın gələcək üçün əməkdaşlığı müəyyənləşdirən sazişlərin imzalanmasını nəzərdə tuturam", - Medvedev qeyd edib. RF Prezidenti onu da əlavə edib ki, münasibətlərin müsbət inkişafına sübut iki ölkə arasında ticarət dövriyyəsinin artmasıdır.

Medvedev vurğulayıb ki, danışıqları Soçidə olan əlverişli hava şəraiti müşayiət edir.

Öz növbəsində Azərbaycan Prezidenti rusiyalı həmkarına onu səfərə dəvət etdiyinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri, o cümlədən iqtisadi və humanitar fəaliyyət, enerji təhlükəsizliyi sahəsində müsbət dinamika müşahidə edilir. Əliyev Rusiya liderinə RF-nin Dağlıq Qarabağ nizamlaması üzrə göstərdiyi səylərə görə də təşəkkür edib.

"Aparılan danışıqlar tərəflərin mövqelərini xeyli yaxınlaşdırıb. Bu, (Dağlıq Qarabağ münaqişəsi) regional təhlükəsizliyin başlıca problemidir. Azərbaycan münaqişənin nizamlanmasında bəlkə də hamıdan çox maraqlıdır", - Əliyev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ölkələr arasında diplomatik münasibətlər 4 aprel 1992-ci ildə qurulub. O vaxtdan yüksək səviyyədə mütəmadi görüşlər keçirilir.

İki ölkənin əməkdaşlığının hüquqi əsasını 80-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər təşkil edir.

Əsas sənəd 3 iyul 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.

İki ölkənin qarşılıqlı fəaliyyətinin mühüm istiqaməti iqtisadi sahədir. Azərbaycan MDB-də karbohidrogenlərin iri istehsalçısı kimi Rusiyanın obyektiv tərəfdaşıdır. Rusiya Azərbaycanın neft-qaz layihələrində fəal iştirak edir.

2002-ci ilin sentyabrında "Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında" ikitərəfli saziş imzalanıb. Xəzərin "Qarabağ" və "Şahdəniz" yataqlarının işlənməsi üzrə "LUKOYL"a müvafiq olaraq 30 və 10 faiz məxsusdur. "Transneft" şirkəti buraxılış gücü 5 milyon ton olan Bakı-Novorossiysk boru kəmərinin Rusiya hissəsinin operatorudur.

İki ölkə arasında ticarət dövriyyəsi 2010-cu ilin yekunları üzrə 1,948 milyard dollar təşkil edib. Bu, inişilin səviyyəsindən 9,4 faiz çoxdur. Ümumilikdə Rusiya Azərbaycanın üçüncü ticarət tərəfdaşıdır. İxrac-idxal əməliyyatlarının həcmində onun ümumi payı 6,9 faiz təşkil edir.

2010-cu ilin sentyabrında Rusiya və Azərbaycan ölkələr arasında dövlət sərhədi haqqında müqavilə imzalayıblar. Müqaviləyə əlavədə dövlət sərhədinin keçilməsinə dair qoşma imzalanıb /ölkələr arasında vizasız rejim qüvvədədir. İki ölkənin hökumətləri arasında Samur transsərhəd çayından səmərləri istifadə və onun qorunmasına dair saziş də imzalanıb. Ondan 50x50-yə prinsipi üzrə istifadə nəzərdə tutulur. Samur çayının uzunluğu 230 kilometrdir.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi internet saytı

Xəbər lenti

Xəbər lenti