...

Türkiyə Baş Qərargahı İraqın şimalındakı əməliyyatlarla bağlı rəsmi bəyanat verib

Siyasət Materials 18 Avqust 2011 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend/

Cümə axşamına keçən gecə Türkiyə HHQ təyyarələrinin İraqın şimalındakı kürd separatçılarının mövqelərini bombalamalarının ardından Türkiyə SQ Baş Qərargahı rəsmi bəyanat verib. Bəyanatda uğurlu hücum əməliyyatının keçirilməsi və nəticədə 60 obyektə zərbələr endirilməsi barədə məlumat verilir. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti məlumat verib.

Məlumatda bildirilir ki, zərbələrə yalnız terrorçu Kürd Fəhlə Partiyasına (PPK) məxsus obyektlər məruz qalıb.

Türkiyə HHQ-nin təyyarələri cümə axşamına keçən gecə kürd separatçılarının İraqın şimalında yerləşən mövqelərini bombalayıblar. Bu barədə Assoşieyted Press agentliyi məlumat yayıb.

CNN -Turk telekanalının məlumatına görə, F -16 qırıcıları daxil olmaqla 15-ə yaxın təyyarə PKK yaraqlılarının bazalarına zərbələr endiriblər. Həmin yaraqlılardan Türkiyənin öz ərazisində türk hərbçilərinə qarşı hücumlar etmək üçün istifadə olunurdu. RİA Novosti xəbər verir.

Hava hücumunun qurbanları barədə məlumat verilmir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə akimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyirdi.

Xəbər lenti

Xəbər lenti