...

Serbiyanın xarici işlər naziri sabah Azərbaycana gələcək

Siyasət Materials 30 Avqust 2011 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç avqustun 31-də Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə XİN mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Yeremiçin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti