...

Azərbaycan Prezidenti Saatlı rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 1 Sentyabr 2011 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Saatlı rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Saatlı rayonunun 6,6 min nəfər əhalisinin yaşadığı Əbilkənd, Əhmədbəyli, Cəfərxan, Hacıqasımlı, Nohurlu, Varxan yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1,1 milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti