...

MSK sədri: Azərbaycanda keçiriləcək seçkilərdə yeniliklər tətbiq olunacaq

Siyasət Materials 5 Sentyabr 2011 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seçkilərin keçirilməsində elm və texnikanın son nailiyyətləri tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.

"Seçkilərdə hansısa yeniliklərin tətbiqinə elm və texnikanın nailiyyətlərinin istifadəsi baxımından yanaşılmalıdır", - Pənahov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi nəticəsində Azərbaycanda elm və texnikanın son nailiyyətlərini seçkilər zamanı tətbiq edilir.

Pənahov qeyd edib ki, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilərə heç bir məhdudiyyət qoyulmur. O həmçinin bildirib ki, seçkilər zamanı KİV-ə də bütün şərait yaradılır və müşahidəçilərə veriləh bütün hüquqlar onlara da aid olur.

"Sevindirici haldır ki, son seçkilərdə KİV-in seçkilər zamanı fəaliyyətində hansısa problemlə bağlı şikayət daxil olmayıb", - o qeyd edib.

Azərbaycanda bu ilin sonunda boş qalan bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti