Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin qarşılıqlı səfərləri gözlənilir - səfir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Axundov/
Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyəyə səfəri gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.
"Səfər yaxın günlərdə baş tuta bilər, dəqiq tarix hələ müəyyən edilməyib", - Kılıc deyib.
Onun sözlərinə görə, Türkiyə parlamentinin sədri Cəmil Çiçəyin də Azərbaycana səfəri gözlənilir və iki ölkənin Strateji Əməkdaşlıq Şurasının iclasının tarixinin müəyyənləşdirilməsi üzrə işlər görülür.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ