Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Azərbaycanın regionda güclənməsi Türkiyə, eləcə də bütün türk xalqı üçün çox mühümdür. Bunu Trend-ə Türkiyə Prezidentinin müşaviri Erşad Hürmüzli deyib.
Onun sözlərinə görə, Azərbaycanın maraqlarına zərər gətirən hər şey Türkiyənin də problemidir.
"Ankara və Bakı Azərbaycan-Türkiyə münasibətlərini "bir millət - iki dövlət" prinsipi ilə qururlar. Buna görə də, Türkiyə Azərbaycanın problemlərini öz problemi kimi qəbul edir", - Hürmüzli telefonla deyib.
O, əlavə edib ki, Türkiyə və Azərbaycan arasında qardaş münasibətlər heç kəsi narahat etməməlidir.