...

Raket hücumundan müdafiə sistemi heç bir ölkəyə qarşı yönəldilməyib - Türkiyə XİN

Siyasət Materials 9 Sentyabr 2011 18:04 (UTC +04:00)
Türkiyə ərazisində raket hücumundan müdafiə (RHM) sisteminin yerləşdirilməsi heç bir ölkəyə qarşı yönəldilməyib.
Raket hücumundan müdafiə sistemi heç bir ölkəyə qarşı yönəldilməyib - Türkiyə XİN

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Türkiyə ərazisində raket hücumundan müdafiə (RHM) sisteminin yerləşdirilməsi heç bir ölkəyə qarşı yönəldilməyib. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti Türkiyə XİN-in mətbuat katibi Səlcuq Ünala istinadən yazıb.

O bildirib ki, RHM sisteminin yerləşdirilməsi NATO-nun raketdən müdafiə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Ünalın sözlərinə görə, Türkiyə bu bəyanatı İran tərəfinin reaksiyasına cavab olaraq verir.

Həmin radar ABŞ və NATO-nun RHM sistemi çərçivəsində Diyarbəkir şəhərində quraşdırılacaq.

Rəsmi Tehran Ankaraya bu barədə öz narahatlığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti