Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
İran parlamentinin spikeri Əli Laricani azərbaycanlı həmkarı Oqtay Əsədovu İrana dəvət edib. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmməd Əli Şəmsipur İRNA agentliyinə deyib.
Şəmsipur əlavə edib ki, Laricani Əsədovu Tehrana keçiriləcək X "Fələstin xalqına dəstək" beynəlxalq konfransında iştirak etmək üçün dəvət edib.
Konfrans oktyabrın 1-2-də Tehranda keçiriləcək. Konfransda dünyanın müxtəlif dövlətlərinin rəsmilərinin iştirakı gözlənilir.
Şəmsipur bildirib ki, Laricani Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni də bu konfransda iştirak etmək üçün Tehrana dəvət edib.