...

Azərbaycan ombudsmanı YUNİSEF-in regional direktorunun müavini ilə görüşüb

Siyasət Materials 13 Sentyabr 2011 19:06 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini xanım Kirsi Madini qəbul edib.
Azərbaycan ombudsmanı YUNİSEF-in regional direktorunun müavini ilə görüşüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini xanım Kirsi Madini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvəkkil Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, təmini və təbliğinə böyük diqqət yetirildiyini, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə sıx, qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb.

Madi ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini, dinamik, çevik iş tərzini, innovativ təşəbbüslərini, strategiyalarını yüksək qiymətləndirib, aldığı məlumatlardan məmnun olduğunu söyləyib.

Görüşdə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da iştirak edib.

Xəbər lenti

Xəbər lenti