...

Azərbaycan Prezidenti AŞ PA-nın demokrat qrupunun sədrini qəbul edib

Siyasət Materials 21 Sentyabr 2011 14:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul edib
Azərbaycan Prezidenti AŞ PA-nın demokrat qrupunun sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Bakıda keçiriləcək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirin əhəmiyyəti qeyd edildi, bu tədbirin parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti