...

SAM-ın direktor müavini Türkiyədə Qarabağ münaqişəsinin sərhədyanı əməkdaşlığa təsiri mövzusunda məruzə edəcək

Siyasət Materials 22 Sentyabr 2011 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/

SAM-ın direktor müavini Türkiyədə Qarabağ münaqişəsinin sərhədyanı əməkdaşlığa təsiri mövzusunda məruzə edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva sentyabrın 23-25-də Ankarada Türkiyənin Orta Şərq Texniki Universitetinin Orta Asiya-Qara Dəniz Mərkəzi (KORA) və Azərbaycanın Xəzər Universitetinin təşkil etdiyi "Avropa İttifaqı, Qara Dəniz regionu və Cənubi Qafqazda təhlükəsizlik və sərhədyanı əməkdaşlıq" mövzusunda keçiriləcək simpoziuma qatılacaq.

Paşayeva tədbirdə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun Cənubi Qafqazda sərhədyanı əməkdaşlığa təsiri" mövzusunda əsas məruzəçi qismində iştirak edəcək.

Simpoziumun keçirilməsində əsas məqsəd alimləri, siyasətçiləri və bu sahədə çalışan bir sıra mütəxəssisləri bir araya gətirərək, onlarla Avroatlantik, Qara Dəniz və Cənubi Qafqaz regionlarının təhlükəsizlik, transsərhəd əməkdaşlıq və digər əlaqəli məsələləri geniş müzakirə etməkdir. Simpoziumun digər məqsədi debatlara, nəzəriyyələrə, yanaşma və metodologiyalara yönəlmiş regional tədqiqatların - Avropa, Qara Dəniz və postsovet tədqiqatlarının mövcud vəziyətini müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti