...

İlham Əliyev Qubada meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olub (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 22:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən Qubada inşa edilən meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olub.
İlham Əliyev Qubada meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən Qubada inşa edilən meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olub.

Məlumat verildi ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ümumi dəyəri 114,8 milyon manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu anbar kompleksini maliyyələşdirmişdir. Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə verilmişdir. Digər layihələrin isə inşası davam etdirilir.

Dövlətimizin başçısı kompleksin ərazisindəki alma bağı ilə tanış oldu. Bildirildi ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar ərazidə məhsuldar alma bağları salınmışdır. Bu bağlardan ildə 45-50 tonadək yüksək keyfiyyətli alma yığılır. Hazırda Quba rayonunda alma istehsalı 110 min ton təşkil edir. Son 6 il ərzində rayonda intensiv salınan alma bağlarının sahəsi 583 hektardır. 2011-ci ilin birinci yarısında salınan belə bağların sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici alma növləri yetişdirilir.

Prezident İlham Əliyev anbarda yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilmişdir. İnvestisiya layihəsi üzrə rayonun Vəlvələ kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri və Hollandiyanın "ULO" sistemləri ilə təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi binalar tikilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Layihənin icrası nəticəsində 54 nəfər işlə təmin edilmişdir.

Komplekslə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti