...

Azərbaycanın hakim partiyası müxalifət partiyalarını televiziya debatlarına çağırır

Siyasət Materials 26 Sentyabr 2011 16:48 (UTC +04:00)
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını televiziya debatlarına çağırır.
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını televiziya debatlarına çağırır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalifət partiyalarını televiziya debatlarına çağırır.

"Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar. Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanalları tərəfindən debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini və sair göndərəcəklərini deyiblər", - bu barədə bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

"Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil", - Novruzov əlavə edib.

"İsa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərə işləməyə təhrik edən adamlardır", - YAP icra katibinin müavini vurğulayıb.

Novruzov Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin 2 aprel məhbuslarının məhkəməsində aksiyalara görə bütün məsuliyyəti öz üzərlərinə götürdükləri barədə səsləndirdikləri bəyanatlara da münasibət bildirib.

"İsa Qəmbərlə Əli Kərimli özləri məsuliyyətə cəlb olunmalıdır, nəinki digər şəxslər. Onlar məhkəmənin obyekti ola biləcək potensial insanlardır. Həmin şəxslərin bu və ya digər şəkildə cinayət əməllərində əlləri var və həmin cinayətləri törədiblər. Mən mitinqləri müşahidə edən insan kimi deyə bilərəm ki, bunlar insanları, gəncləri qızışdırıb ortaya çıxaran və özləri qaçıb gizlənən insanlardır. Bu adamlar məhkəmədə bu cür sözlər deməkdənsə, vaxtında gələrdilər, mitinqdə qabağa düşərdilər, qızışdırıb küçəyə saldıqları insanların qarşısında gedərdilər. Ancaq nə İsa Qəmbər, nə də Əli Kərimli o dəstənin qarşısında getmədi", - Novruzov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti