Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə və Birləşmiş Ştatlar arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində ABŞ xüsusi xidmət agentləri Türkiyənin Prezidenti Abdullah Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə təlim keçmək üçün Ankaraya gəliblər. Trend-in məlumatına görə, xəbəri CNN Türk telekanalı yayıb.
Agentlər Türkiyə Baş Təhlükəsizlik İdarəsinin dəvəti ilə gəliblər. Onlar türk həmkarları üçün uzaq və yaxın məsafədə atışma, döyüş sənəti və öz işlərinin digər əlahiddə yönləri barədə təlim keçiblər.
Həmçinin iki ölkənin xüsusi xidməti müvafiq avadanlıq və silah alışı sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçirib.