...

İran Prezidenti Pakistana səfər edəcək

Siyasət Materials 7 Oktyabr 2011 11:52 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad yaxın gələcəkdə Pakistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi dünən gecə Həmədan şəhərində jurnalistlərə deyib.
İran Prezidenti Pakistana səfər edəcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad yaxın gələcəkdə Pakistana səfər edəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi dünən gecə Həmədan şəhərində jurnalistlərə deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Salehi deyib ki, hazırda prezidentin səfərinin vaxtı və proqramı dəqiqləşdirilir.

Nazir əlavə edib ki, Prezident Əhmədinejad səfər çərçivəsində Pakistanda keçiriləcək İran-Əfqanıstan-Pakistan prezidentlərinin üçtərəfli sammitində iştirak edəcək.

Salehi oktyabrın 10-da özünün Kuveytə səfər edəcəyini də deyib.

Xəbər lenti

Xəbər lenti