...

İlham Əliyev Slovakiyanın eks-prezidentini qəbul edib

Siyasət Materials 10 Oktyabr 2011 19:01
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul edib.
İlham Əliyev Slovakiyanın eks-prezidentini qəbul edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rudolf Şuster arasında bundan əvvəlki görüşlər məmnunluqla xatırlanıb, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd olunub, tədbirin ölkələrarası, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Slovakiya Respublikasının keçmiş Prezidenti Rudolf Şuster Bakıda gedən nəhəng quruculuq, abadlıq işlərinin şahidi olduğunu deyib və bunu yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti