...

Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb

Siyasət Materials 11 Oktyabr 2011 10:31 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb.
Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ölkəmizin AŞPA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib.

Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu Forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirib.

O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞPA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti