Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin oktyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Avstriya Respublikasının Federal Prezidentinə raport verdi.
Avstriyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avstriya Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Haynts Fişerə, Avstriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın Federal Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)
Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin oktyabrın 12-də rəsmi qarşılanma mərasimi olub