...

Pakistan Azərbaycan ilə ticarətin inkişafında böyük potensial görür

Siyasət Materials 15 Oktyabr 2011 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və Pakistanın Pəncab əyalətinin qubernatoru Sərdar Lətif Xan Xosa cümə günü ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Lətif Xosa Azərbaycanla Pakistan arasında ikitərəfli ticarət və iqtisadi tərəfdaşlığın artırlmasının vacibliyinə inamını ifadə edib. Trend-in məlumatna görə, bu barədə "The Nation" nəşri yazır.

Hazırda illik 11,55 milyon dollara bərabər olan ikitərəfli ticarət dövriyyəsi inkişaf potensialını və hər iki ölkənin öz əməkdaşlığında qarşıya qoyduğu məqsədləri əks etdirmir.

"Biz ikitərəfli ticarəti və iqtisadi əməkdaşlığı xeyli fəallaşdıra bilərik", - Lətif Xosa deyib.

Səfir Şükürov ölkələr arsında münsibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycanın Pakistana enerji böhranını aradan qaldırmaqda kömək edəcəyini vəd edib.

Lətif Xosa qeyd edib ki, Pakistan Azərbaycanla əlaqələri qiymətləndirir. Onun sözlərinə görə, bu əlaqələr hər iki xalqın tarixi, mədəni və dini birliyinə əsaslanır.

O, həmçinin, Azərbaycan hökumətinə daşqınlardan əziyyət çəkən Pakistana göstərdiyi dəstəyə və maliyyə köməyinə görə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti