...

NATO Bakıda sərhədçilər üçün regional seminar keçirəcək

Siyasət Materials 17 Oktyabr 2011 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M. Əliyev/

NATO Azərbaycanda sərhəd məntəqələrindən narkotik vasitələrin keçirilməsinin qarşısının alınması mövzusunda regional seminar keçirəcək.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışında Xidmətin rəisi Elçin Quliyev deyib.

"Sərhəd məntəqələrindən narkotik vasitələrin keçirilməsinin qarşısının alınması mövzusunda regional seminarın Bakıda keçirilməsi üçün NATO Azərbaycana müraciət edib", - Quliyev deyib.

Xidmət rəhbərinin sözlərinə görə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan sərhədçilərinin iştirak edəcəyi hərbi seminarın bu ilin noyabrında keçirilməsi nəzərdə tutulub.

Quliyev bildirib ki, Dövlət Sərhəd Xidmətinin təcrübəsi NATO-nun təşəbbüsü ilə beynəlxalq miqyasda öyrənilir.

Xəbər lenti

Xəbər lenti