...

YAP Gənclər Birliyinin sədri: Azərbaycan gəncliyi bəzi üzdəniaraq siyasətçilərin əsirinə çevrilməməlidir

Siyasət Materials 17 Oktyabr 2011 15:52 (UTC +04:00)
Azərbaycan gəncliyi bəzi üzdəniraq siyasətçilərin əsirinə çevrilməməlidirlər.
YAP Gənclər Birliyinin sədri: Azərbaycan gəncliyi bəzi üzdəniaraq siyasətçilərin əsirinə çevrilməməlidir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan gəncliyi bəzi üzdəniraq siyasətçilərin əsirinə çevrilməməlidirlər. Bu barədə bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

O qeyd edib ki, gənc nəsil 20 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün keçilən çətin yolları unutmamalıdır.

"Yeni yetişən nəsil bu gün əmin-amanlıq şəraitində böyüyür və təbii ki, daha yaxşı şərait arzulayırlar. Ancaq onlar Azərbaycanın inkişafına necə çətinliklə nail olunduğundan və xalqın inkişaf prosesində bəzi inqalabların hansı fəciələri törətdiyindən xəbərsizdirlər. Üstəlik, yeni nəsil üzdəniraq siyasətçilərin vaxtı ilə fəaliyyətini də görməyiblər. Bunun üçün biz keçdiyimiz yol haqqında televiziyada, radioda, mətbuatda informasiya verməkdən yorulmamalıyıq", - Orucov əlavə edib.

Orucov deyib ki, gənclərin inkişaf prosesinə təkan vermək məqsədi ilə ölkə Prezidenti və onun administrasiyası kifayət qədər təkliflərə açıqdır.

Xəbər lenti

Xəbər lenti